Nazirlər "WhatsApp" və "Telegram" istifadə edə bilməyəcək

Fransanın baş naziri Elizabet Born hökumət üzvlərinə "WhatsApp", "Telegram" və "Signal" messencerlərindən istifadəni qadağan edib.
Modern.az xəbər verir ki, xanım Born bu məlumatı "Le Point" jurnalına açıqlamasında təsdiqləyib.
Nazirlərə kibertəhlükəsizliyi təmin etmək üçün "Olvid" və "Tchap" kimi yerli messencerlərdən istifadə edilməsi tövsiyə olunub.
Sənəddə qeyd edilir ki, məmurlar dekabrın 8-dək İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Milli Agentliyin (ANSSI) yoxlamasından keçməmiş bütün messencerləri silməlidirlər.
Cebhe.info