Nigeriyada silahlı hücum: 15 ölü

Nigeriyada silahlı hücum: 15 ölü

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər həyatını itirib.

"Cebhe.info" xəbər verir ki, yerli mətbuatın məlumatına görə, silahlı şəxslər Katsina əyalətinin Kankari rayonunda hücum həyata keçirib.

Hücumda 15 nəfər həyatını itirib, böyük bir hissəsi qadın olmaqla çox sayda insan qaçırılıb.

Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarının hücumlarına məruz qalır.

Nigar Hacılı 
"Cebhe.info"