Parisdən Beyruta uçuşlar təxirə salındı

Parisdən Beyruta uçuşlar təxirə salındı

Fransanın "Air France" hava yolları şirkətinin məlumatına görə, bölgədəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar Paris və Beyrut arasında bütün uçuşlar avqustun 6-dək təxirə salınıb. 

"Cebheinfo.az" xəbər verir ki, iki paytaxt arasında uçuşların avqustun 7-də başlayacağı gözlənilir.

İsrail ordusunun iyulun 30-da Beyrutda həyata keçirdiyi hücumda “Hizbullah”ın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükür həyatını itirib.

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə də iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.

İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu bildirsə də, Təl-Əviv rəhbərliyi bu sui-qəsdlə bağlı susqunluğunu davam etdirir.

7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrail, şimal sərhədində də Livan “Hizbullah”ı ilə toqquşur.

Ləman İsmayıl
"Cebheinfo.az"