Paşinyan 10 noyabrdan danışdı: “Doğru etmişəm”

Paşinyan 10 noyabrdan danışdı: “Doğru etmişəm”

“9 (10) noyabr 2020-ci il tarixində bildirdim ki, hazırda heç kimin fikri ilə maraqlanmıram,  məsuliyyəti öz üzərimə götürürəm və bu sənədi imzalayacağam”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu noyabrın 14-də Ermənistan parlamentində 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Düşünürəm ki, doğru şeyi etmişəm. Başqa sual budur ki, mən bunu niyə etdim?”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, elə vaxtlar olur ki, sadəcə məsuliyyəti öz üzərinə götürməlisən. 9 (10) noyabr da məhz belə tarixlərədn biri olub.

Xəzər
“Cebheinfo.az”