Paşinyan: “KTMT-yə bel bağlamaq olmaz”

Paşinyan: “KTMT-yə bel bağlamaq olmaz”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2021 və 2022-ci illərdə sərhədlərin delimitasiya olunmadığını əsas gətirərək cavab mexanizmlərini işə salmayıb.

Bu, o deməkdir ki, onlar KTMT-nin mövcud olmadığını deyirlər, çünki, məsələn, Rusiya ilə Yaponiya arasında sərhəd delimitasiya olunmayıb". 

“Cebhe.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, KTMT üzv ölkələrin -Rusiya, Ermənistan və digərlərinin bel bağlaya biləcəyi mexanizm kimi mövcud deyil. "Cəmiyyətimiz bizə deyir ki, niyə KTMT-nin üzvü olmağa davam edirsiniz? Düzünü desəm, bu suala cavabım yoxdur,- deyə Paşinyan bildirib. 

Paşinyan müsahibəsində Ermənistan ordusunun islahı və modernləşdirilməsi ilə bağlı Azərbaycanın bəyanatlarının ölkəsində yaratdığı narahatlıqdan danışıb. Baş nazirin sözlərinə görə, döyüş qabiliyyətli ordunun olması sülh, qüvvələr balansının düzgün formalaşması üçün də vacibdir. Biz müharibəyə hazırlaşmırıq, sülhə hazırlaşırıq, lakin digər tərəfdən, Ermənistan Respublikasının hücuma məruz qalmayacağına əmin olana qədər, təbii ki, müdafiə qabiliyyətimizi inkişaf etdirməliyik".

 Baş nazir vurğulayıb ki, Ermənistan hazırda demarkasiya prosesinə daxil olur və bu, xüsusilə təhlükəsizlik risklərinin azaldılması baxımından son dərəcə vacibdir. 

Xatırladaq ki, KTMT-ə Ermənistandan başqa Rusiya, Belarus, Tacikistan, Qazaxıstan və Qırğızıstan daxildir.

“Cebhe.info”