Paşinyan Zəngəzurda: "Araya tikanlı məftillər çəkəcəyik"

Paşinyan Zəngəzurda: "Araya tikanlı məftillər çəkəcəyik"

Zəngəzur (Sünik) vilayətində səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Çakaten kəndinin sakinləri ilə görüşüb.

O, sərhəddə yerləşən Çakaten sakinlərindən nə işlə məşğul olduqlarını soruşub. Cavabında sakinlərdən biri ona mal-qaranın Azərbaycan tərəfə keçib geri qayıtmaması səbəbindən mal-qaranın sayının azaldığını deyib.

"Cebhe.info" xəbər verir ki, Paşinyan kəndin sakinləri ilə delimitasiya məsələsini də müzakirə edib. Araya tikanlı məftil çəkəcəklərini, “oraya inək də çatsa da, keçməyəcəyini” qeyd edib.

“Bax, əgər biz uğurla delimitasiyaya nail olsaq və burada Əskiparadakı kimi tikanlı məftillər çəksək, ora inək belə, keçməyəcək. Oradan keçmək mümkün deyil və inək, prinsipcə, sərhədçilər orada dayanan zaman ora çata bilməz”,-deyib. Sakinlərdən biri buna cavab olaraq bunun ən yaxşı variant olduğunu bildirib.

Paşinyan kəndə otbiçən bağışlayacağını vəd edib, həmçinin bütün kənd sakinlərinin birgə işləyəcəyi “ağıllı tövlə" yaratmağı təklif edib. 

Xəzər 
"Cebhe.info"