Pezeşkiana görə Xameneyiyə təşəkkür etdilər - FOTO

Pezeşkiana görə Xameneyiyə təşəkkür etdilər - FOTO

İranda qəribə hadisə yaşanıb.

“Cebheinfo.az” xəbər verir ki, Məsud Pezeşkianın Prezident seçilməsinə görə ali dini lider Əli Xameneyi və oğluna təşəkkür edilib.

Hətta bununla bağlı banner körpüdən asılıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, Həmədan şəhərindəki piyada körpüsündə İranın ali rəhbəri Əli Xameneyi, oğlu Muctəba və ölkənin yeni Prezidenti Məsud Pezeşkianın şəkilləri olan banner asılıb.   

Üstəlik, bannerdə Pezeşkianın prezident seçilməsinə görə ali dini liderə və oğluna təşəkkür yazılıb:

“Biz sizin dəstəyinizlə qalib gəldik”.  

Qeyd edək ki, sözügedən addım sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Elmir
“Cebheinfo.az”