Priqojinin dul arvadı onun son nişanəsindən də imtina etdi

Priqojinin dul arvadı onun son nişanəsindən də imtina etdi

“Vaqner” silahlı birləşməsinin rəhbəri, təyyarə qəzasında həlak olan Yevgeni Priqojin dul arvadı rəsmi olaraq soyadını dəyişib. 

Cebhe.info xəbər verir ki, bunu “Fontanka” yazır.

İndi onun adı Kryajeva Lyubov Valentinovnadır.

“Fontanka”nın məlmatına görə, söhbət Priqojinin sahibkarlıqla məşğul olan dul xanımının qızlıq soyadından gedir. Soyadın dəyişdirilməsi ilə bağlı məlumat “СПАРК” sisteminə sentyabrın 15-də daxil olub. Dəyişikliyin özünün nə vaxt baş verdiyi barədə məlumat yoxdur.

Bundan əvvəl Yevgeni Priqojinin miras işinin açılması ilə bağlı məlum yayılıb. Sənədlərdə göstərilən ölüm tarixi 23 avqust 2023-cü ildir, məhz həmin gün “Vaqner” rəhbərinin biznes təyyarəsi Tver vilayətində qəzaya uğrayıb və onun məzarında məhz bu ölüm tarixi göstərilib.

Xəzər
Cebhe.info