Putin Ukrayna ilə danışıqları mümkün sayır

Putin Ukrayna ilə danışıqları mümkün sayır

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların mümkünlüyünü rədd etmir. Orada qanuni hakimiyyət orqanları var".

"Cebhe.info" xəbər verir ki,  bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Dmitri Peskov “Moskva Putin” proqramı üçün jurnalist Pavel Zarubinə müsahibə verib.

Xatırladaq ki, Putin cümə günü Ukrayna ilə danışıqlar prosesinin başlaması üçün şərtləri açıqlayıb. 

Xəzər 
"Cebhe.info"