Qarabağdan gedən ermənilərə daha bir güzəşt

Ermənistan Respublikası hökuməti oktyabrın 10-da keçirilən iclasda Qarabağdan gedən ermənilərin sadələşdirilmiş və güzəştli prosedurdan istifadə etməklə öz nəqliyyat vasitələrinə sahiblik hüququnu sərbəst şəkildə qeydiyyata ala biləcəkləri barədə qərar qəbul edib.
Qərarda qeyd olunur ki, “yerdəyişmə” nəticəsində Ermənistanda şəxsi mülkiyyət olmayan, faktiki istifadəçiləri olsa da, hələ də hüquqi mülkiyyət obyekti olmayan minik avtomobilləri yaranıb.
“Bu səbəbdən Qarabağdan gələnlərin hüquqlarının müdafiəsinin prioritetini vurğulayaraq, sadələşdirilmiş prosedurdan istifadə etmək lazımdır. Bu nəqliyyat vasitələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatı probleminin həlli zərurəti yaranıb”, – qərarın əsaslandırmasında deyilir.
Xəzər
“Cebheinfo.az”