Qəzzada yeni ölümlər

Qəzzada İsrail ordusunun hücumlarında həyatını itirənlərin sayı son 24 saatda 75 nəfər artıb və ümumilikdə 36 min 171-ə yüksəlib.
"Cebhe.info" xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən Qəzzada edilən şərhdə, İsrailin Qəzza zolağında 236 gündəki hücumlar haqqında məlumat verilib.
İsrail ordusu son 24 saatda Qəzzanın müxtəlif yerlərində 6 hücum gerçəkləşdirib. Bu hücumlarda 75 fələstinli həyatını itirib, 284 fələstinli yaralanıb.
7 oktyabrdan bu yana Qəzza zolağına edilən hücumlarda ümumilikdə 36 min 171 nəfərin həyatını itirdiyi, 81 min 420 nəfərin isə yaralandığı bildirilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Nigar Hacılı
"Cebhe.info"