Qırğızıstanda dövlət çevrilişinə cəhd: Kütləvi həbslər başlayıb

Qırğızıstanda dövlət çevrilişinə cəhd: Kütləvi həbslər başlayıb

Qırğızıstanın xüsusi xidmət orqanları dövlət çevrilişinə cəhddə şübhəli bilinən bir neçə şəxsi saxlayıb.

Cebhe.info əbər verir ki, bu barədə “kaktus.media” xəbər agentliyi və bir sıra digər yerli KİV-lər xəbər yayıb.

“Dövlət Təhlükəsizlik Komitəsi dövlət çevrilişi iddiası ilə kütləvi həbslər keçirir”, - deyə “kaktus.media” öz mənbələrinə istinadən yazıb.

Sosial şəbəkələrin Qırğızıstan seqmentində həbslərin videosu yayılıb. Görüntülərə əsasən, silahlı hüquq-mühafizə orqanlarının əməkdaşları Bişkekin özəl sektorunda həbslər həyata keçirirlər. Təhlükəsizlik qüvvələri tərəfindən dəqiq kimin saxlanıldığı barədə media məlumat vermir, videoda heç bir üz də görünmür.

Ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi hələlik xəbərlərə münasibət bildirməyib.

Xəzər
Cebhe.info