Rəisinin helikopter qəzası ilə bağlı yeni DETALLAR

Rəisinin helikopter qəzası ilə bağlı yeni DETALLAR

İran Prezidenti İbrahim Rəisinin də içində olduğu helikopterin qəzası ilə bağlı yeni detallar üzə çıxıb.

“Cebhe.info” xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş danışıb.

Səfərində onu müşayiət edən nazir mayın 19-da “Qız Qalası” bəndinin açılışı üçün Şərqi Azərbaycan əyalətinə gedən İran Prezidenti İbrahim Rəisinin  helikopterinin qəzaya uğrama səbəbi barədə bunları deyib:

“Saat 13:15 radələrində üç helikopter Təbrizə getmək üçün uçuşa başladı. Prezidentin olduğu helikopter isə iki helikopterin arasında uçurdu. Təxminən saat 13:40-də mənim olduğum helikopterin pilot heyətinin bir-biri ilə danışdığını gördüm və nə baş verdiyini soruşdum. Bildirdilər ki,  Prezidentin arxamızda uçan helikopteri yoxa çıxıb.

Dərhal mərkəzlə əlaqə qurub, helikopterin təxmini yerini bildirdik. Süngün Mis mədənindən 5-6 avtomobillə dağa doğru axtarışlara başlamaq üçün yola çıxdıq. Saat 14:30 radələrində axtarış əməliyyatları başladı, bir saat sonra isə yağış və duman artıq görmə qabiliyyətinə mane olurdu. Biz də axtarış aparmaq üçün əraziyə bölündük”.

Elmir
“Cebhe.info”