Ruben Rubinyan: “Ermənistan sərhədləri açmağa hazırdır”

Ruben Rubinyan: “Ermənistan sərhədləri açmağa hazırdır”

“Ermənistan Türkiyə ilə münasibətlərin tamamilə normallaşmasına və sərhədlərin açılmasına hazırdır”. 

“Cebhe.info”-nun məlumatına görə, Ermənistan Milli Məclisinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndə Ruben Rubinyan bu barədə “CNN Türk” telekanalına müsahibəsində belə deyib.

“Bu gün biz Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərə heç bir maneə görmürük. Sərhədi bu gün açmağa hazırıq”, - deyə o bildirib.

Müşfiq Abdulla
 “Cebhe.info”