Rusiya BMT-nin Yaxın Şərqdəki sülhməramlılarının sayının artırılmasını təklif edib
Rusiya BMT-nin Yaxın Şərqdəki sülhməramlılarının mandatının genişləndirilməsini təklif edib.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Onun sözlərinə görə, bu missiyanın iki yüzdən çox hərbi müşahidəçisi var, onların sayı artırıla bilər.
Qeyd edək ki, BMT-nin Atəşkəsə Nəzarət Orqanı təşkilatın ilk sülhməramlı missiyasıdır.
Atəşkəsə Nəzarət Orqanı BMT Təhlükəsizlik Şurasının 29 may 1948-ci il tarixli 50 saylı Qətnaməsinə uyğun olaraq Fələstində atəşkəs razılaşmalarını həyata keçirmək üçün yaradılıb.
Bu qurumun hərbi müşahidəçiləri Livanın cənubunda və Qolan yüksəkliklərində, Beyrut, Dəməşq və Qüdsdə fəaliyyət göstərirlər.
Cebhe.info