Rusiyadan xarici şirkətlərə böyük jest

Rusiya Maliyyə Nazirliyi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin (Rosimushchestvo) rəhbərliyi altında xarici şirkətlərə dövlət dəstəyi hüququnun verilməsi məsələsini müzakirə edəcək.
"Cebhe.info" xəbər verir ki, bu barədə Prezident Vladimir Putinin təşkil etdiyi iclasda maliyyə naziri Anton Siluanov bildirib.
Rusiyanın Çuvaş Respublikasında keçirilən toplantıda bölgə rəhbəri Oleq Nikolayev Rusiyanın ən böyük pivə istehsalçılarından olan “Baltika”nı gündəmə gətirib və bildirib ki, o, “Rosimushchestvo”nun idarəçiliyinə keçsə də, xarici şirkət olaraq qaldığı üçün dövlət dəstəyini ala bilmir.
Qeyd edək ki, bir sıra xarici şirkətlər Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasına cavab olaraq Rusiyanı tərk edərək, ölkədəki fəaliyyətini dayandırıb və ya əhəmiyyətli dərəcədə azaldıblar.
Rusiya hökuməti bu şirkətlərin bəzi aktivlərini "Rosimushchestvo"-nun müvəqqəti idarəçiliyinə verib.
Nigar Hacılı
"Cebhe.info"