Səfir: "Avropa İttifaqı ən çətin dövrünü yaşayır"

Səfir: "Avropa İttifaqı ən çətin dövrünü yaşayır"

Avropa İttifaqı (Aİ) Gürcüstanla münasibətlərin ən çətin dövrünü yaşayır.

Bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

“Biz dəfələrlə demişik ki, “Xarici agentlər haqqında" qanun Gürcüstanın Avropa istəklərinə pis təsir edəcək. Aİ gələn həftə bu mövzunu əvvəlcə xarici işlər nazirləri səviyyəsində, bir neçə gün sonra isə liderlər səviyyəsində müzakirə edəcək. Bu qanuna cavab olaraq hansı tədbirləri görəcəyimizə prezidentlər və baş nazirlər qərar verəcək”, - deyə səfir bildirib.

"Cebhe.info"