Sentyabr döyüşləri: Ermənistanda müttəhimlərin sayı günbəgün artır

Sentyabr döyüşləri: Ermənistanda müttəhimlərin sayı günbəgün artır

2022-ci ilin sentyabr döyüşləri ilə bağlı Ermənistanda açılan cinayət işi üzrə müttəhimlərin sayı 16 nəfərə çatıb.

Cebhe.info erməni mətbuatına istinadən xəbər verir ki, onlardan 6-sı barəsində həbs-qətimkan tədbiri seçilib, qalanları isə ölkəni tərk etməmək barədə yazılı öhdəlik götürüblər.

İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin rəisi Perç Ayvazyan deyib: “Artıq 6 cinayət işi yekunlaşıb, işlər ittiham aktı ilə məhkəməyə göndərilib, qalanları isə ibtidai istintaqdadır”.

Ayvazyan ittihamların təfərrüatlarına varmayıb, lakin qeyd edib ki, onlar əsasən müharibə zamanı xidməti vəzifələrini yerinə yetirməmək, xidmətdən yayınmaq üçün xidmət yerinə vaxtında gəlməmək, hərbi qulluqçuluq qaydalarının pozulması ilə bağlıdır.

ümumilikdə Ermənistan Silahlı Qüvvələrinin hərəkətləri ilə bağlı 22, sentyabr döyüşləri ilə bağlı isə 24 cinayət işi başlanılıb və onlar bir icraatda baxılır.

“İlkin istintaq zamanı zərərçəkmişlərin yaxın qohumları da daxil olmaqla 600-dən çox şəxs zərərçəkmiş qismində müəyyən edilərək dindirilib. 1500-dən çox şahid dindirilib”, - Ayvazyan bildirib.

Xəzər
Cebhe.info