Sərhəddə təhlükə: Qırıcılar havaya qalxdı

Rusiya hava məkanına nəzarət sistemləri Barents dənizi üzərində dövlət sərhədinə yaxınlaşan qrup hava hədəfini aşkar edib.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib. “Hava hədəfinin müəyyən edilməsi və Rusiya Federasiyasının Dövlət Sərhədinin pozulmasının qarşısının alınması üçün növbətçi hava hücumundan müdafiə qüvvələrinin MiQ-29 və MiQ-31 qırıcıları havaya qaldırılıb.
Rusiya qırıcı ekipajları hava hədəfinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir cüt B-52N strateji bombardmançı təyyarəsi olduğunu müəyyən ediblər”, - bəyanatda deyilir.
Rusiya Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, qırıcılar yaxınlaşdıqca Amerikanın strateji bombardmançıları Rusiya dövlət sərhədindən geridönüş edib.
Xəzər
“Cebheinfo.az”