Şimali Koreya nümayəndə heyəti Rusiyaya gedir

Şimali Koreya nümayəndə heyəti Rusiyaya gedir

Rusiyanın Pxenyandakı səfirliyi Şimali Koreyanın Baş nazirinin müavini və ölkənin kənd təsərrüfatı komitəsinin sədri Ri Çol Manın başçılıq etdiyi nümayəndə heyətinin Rusiyaya səfər etmək üçün yola düşdüyünü açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, nümayəndə heyətinin Rusiyanın kənd təsərrüfatı naziri ilə danışıqlar aparacağı, Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin və Federal Balıqçılıq Agentliyinin rəsmiləri ilə görüşləri gözlənilir.

Qeyd edək ki, nümayəndə heyəti Rusiyanın iki kənd təsərrüfatı universitetini də ziyarət edəcək.

 Nigar Hacılı 
"Cebhe.info"