“Taliban”dan ağlasığmaz addım
“Taliban” gündə beş dəfə məscidə getməyən hökumət işçiləri cəzalandırılacaq.
“Cebheinfo.az” “Anf News” informasiya agentliyinə istinadən xəbər verir ki, “Taliban” hökumətinin lideri Heybətullah Axundzadə hökumət işçiləri ilə bağlı yeni qərar imzalayıb. Yeni qərara əsasən, hökumət qurumlarının işçiləri şəriət normaları əsasında müəyyən edilən vaxtlarda camaatla namaz qılmalıdırlar.
Bildirilib ki, namazı üzrlü səbəb olmadan tərk edən hökumət işçilərinə xəbərdarlıq ediləcək və bu addımı yenidən təkrar etdikdə onlara lazımi cəza veriləcək. Qeyd edək ki, təxminən üç il öncə hakimiyyəti ələ keçirən “Taliban” qruplaşması ölkədə əfqan qızların və qadınların təhsil, məşğulluq hüquqlarını məhdudlaşdırmaq üçün bir sıra sər tədbirlər görüb.
Yunis Abdullayev
“Cehbeinfo.az”