Təyyarə eniş etdi: Sərnişin ölü tapıldı

Hindistanın Lakxnau şəhərinə eniş edən təyyarənin göyərtəsində bir sərnişin ölü tapılıb.
“Cebheinfo.az” bu barədə “India Today”-a istinadən xəbər verir.
Daha sonra Aşif Daullah Ənsari olduğu bəlli olan şəxsin təhlükəsizlik kəməri bağlandığı üçün havada öldüyü deyilir. Dehlidən AI2845 reysi ilə uçan Air India təyyarəsi yerli vaxtla səhər saat 08:10-da Çaudhari Çaran Sinqh Beynəlxalq Hava Limanına enib.
Ekipaj üzvləri onu oyatmağa çalışsalar da, heç bir cavab almadıqdan sonra təyyarənin göyərtəsində olan həkimlər onun öldüyünü elan ediblər. Ənsarinin ölüm səbəbi hələ tam məlum deyil.
Polis onun ölümü ilə bağlı araşdırmalara başlayıb.
Xəzər
“Cebheinfo.az”