Trampın arvadı ABŞ tarixində ikinci belə şəxs olacaq
ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın həyat yoldaşı Melanya Trampın Ağ Evdə yaşamaq istəməməsi ilə bağlı xəbərlər yayılıb.
Mənbələr Melanya Trampın Nyu Yorkdakı evində və ya Floridadakı Mar-a-Laqo malikanəsində yaşayacağını bildirib.
Modern.az-ın xəbərinə görə, bu baş verərsə, Melanya Tramp tarixdə Ağ Evdə yaşamayan ikinci "First Lady" olacaq.
Xatırladaq ki, bu vəzifə təsis edildiyi gündən bəri bütün birinci xanımlar məhz Ağ Evdə yaşayıb, vəzifələrini onlar üçün ayrılmış xüsusi ofisdən icra ediblər. Yalnız prezident Harri Trumenin həyat yoldaşı Bess Trumen burada yaşamayıb.
Qeyd edək ki, "First Lady" ABŞ prezidentinin həyat yoldaşının, yəni Ağ Evin sahibəsinin prezidentlik dövründə istifadə etdiyi tituldur. Birinci xanımın rolu rəsmi olaraq müəyyən edilməsə də, o, ölkənin siyasi və ictimai həyatında mühüm yer tutur. ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun (1789-1797) həyat yoldaşı Marta Vaşinqton, bu tituldan istifadə etməsə də, ABŞ-nin ilk birinci “birinci xanımı” sayılır.
"Cebheinfo.az"