Ukrayna bir gündə rusların ikinci Su-34-nü vurdu - FOTO

Ukrayna bir gündə rusların ikinci Su-34-nü vurdu - FOTO

Ukrayna müdafiə qüvvələri son 24 saat ərzində Rusiyanın ikinci Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.

Bakupost.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk Telegram-da bildirib.

"Saat 14.00-da başqa bir Su-34-u vurduq. İstiqamət eynidir! Hədəf dəyişməzdir!" - Oleşçuk bildirib.

O qeyd edib ki, bu cür əhəmiyyətli döyüş və xüsusi aviasiya itkiləri ilə ruslar ən azı bir müddət "aviasiya ət hücumlarını" dayandırmaq barədə düşünməlidirlər. "İşimizə davam edirik" deyə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı əlavə edib.

"Cebhe.info"