Ukraynaya məxsus PUA Tatarıstan ərazisində vurulub

Ukraynaya məxsus PUA Tatarıstan ərazisində vurulub

Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Tatarıstan ərazisi üzərində vurulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskva vaxtı ilə saat 11.20 radələrində Ukraynanln Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

"Növbətçi hava hücumundan müdafiə sistemləri Tatarıstan Respublikası ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - deyə MN-nin məlumatında qeyd olunub.

"Cebhe.info"