“Vəziyyət kritikdən də pisdir”

Ukrayna Silahlı Qüvvələri üçün cəbhədəki vəziyyət kritikdən də pisdir.
“Cebhe.info” xəbər verir ki, bu barədə Britaniyalı analitik və yazıçı Aleksandr Merkulis “YouTube” kanalında danışıb.
“Biz cəbhədən getdikcə daha çox xəbər alırıq və bu xəbər ukraynalılar üçün çox pis olmaqda davam edir. Daha dəqiq desək, bütövlükdə vəziyyət sadəcə olaraq kritik vəziyyətdən daha pisə doğru gedir və bu, bütün sahələrə aiddir”, - Merkulis bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusunun komandirləri mütəmadi olaraq elit bölmələri bir istiqamətdən digərinə keçirirlər ki, bu da bu bölmələrin tükənməsinə gətirib çıxarır və bəzi briqadaların cəbhə xəttində itkiləri 70 faizə çatır.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin mayın 18-də gün ərzində Rusiya Silahlı Qüvvələrinin “Cənub” qrupunun əməliyyatları bölgəsində 690-dan çox hərbçisini itirdiyini bildirmişdi. Bundan əlavə, Ukrayna ordusu bir tank, beş zirehli döyüş maşını və altı avtomobil itirib.
Xəzər
“Cebhe.info”