Xəstənin bağırsağında diri milçək tapıldı - Həkimlər şokda

Xəstənin bağırsağında diri milçək tapıldı - Həkimlər şokda

Müayinə zamanı xəstənin bağırsağında aşkarlanan canlı milçək həkimləri şoka salıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə American Journal of Gastroenterology jurnalında dərc olunan dəri skrininq araşdırmasında deyilir. 

Belə ki, ABŞ-ın Missuri ştatında adı açıqlanmayan 63 yaşlı xəstə mədə ağrısı şikayəti ilə həkimə müraciət edib. Mədə ağrısının səbəbini araşdırmaq istəyən həkimlər kolonoskopiya etmək qərarına gəliblər. Həkimlər adı açıqlanmayan xəstənin yoğun bağırsağının kamera ilə müayinəsi zamanı onun qalın bağırsağında diri milçək tapıblar. 

Görüntülər sosial medianın marağına səbəb olub və tibbi ədəbiyyata daxil olmağı bacarıb. 

Cebhe.info