Zaxarova Paşinyanın ittihamlarını rədd etdi

Zaxarova Paşinyanın ittihamlarını rədd etdi

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın KTMT-nin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

O, Paşinyanın İkinci Qarabağ müharibəsi zamanı KTMT-nin iki ölkəsinin Ermənistana yardımı imitasiya etdiyi bəyanatına istehza ilə cavab verib.

“Düzünü desəm, baş nazirinin hansı ölkələri nəzərdə tutmasında maraqlıyam. Özümüz təxmin etməliyik, yoxsa bizə sonra söyləyəcəklər. Məntiqli olardı ki, həmin ölkələrin adları səsləndirilsin. Əgər söhbət ciddi bəyanatdan gedirsə... Bunu rəsmi İrəvanın öhdəsinə buraxırıq. O ki qaldı Rusiyaya, o, müharibənin dayandırılması üçün hər şeyi edib”.

Zaxarova İkinci Qarabağ müharibəsinin gedişatında və ondan sonra Moskvanın atəşkəslə bağlı Bakı və İrəvan arasında aparılan danışıqlar prosesini xatırladıb.

"Cebhe.info"