Ödənişli yolda qəza baş verib

Ödənişli yolda qəza baş verib

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, "KİA" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan beş nəfərdən 4 nəfəri - Rusiya vətəndaşları 1961-ci il təvəllüdlü Makiyev Aleksey Fedroviç, 1977-ci il təvəllüdlu Makiyeva Elena, 2007-ci il təvəllüdlü Denis Nikolayviç və Göycay rayon sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"