Qəbələdə 20 yaşlı qız intihar edib
Qəbələdə 20 yaşlı qız özünü asıb.
Oxu.Az xəbər verir ki, hadisə Qəbələ rayonu, Bum qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədən asaraq, intihar edib.
Faktla bağlı araşdırma aparılır.
"Cebhe.info"