Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Nərimanov rayon Məhkəməsi Qubad İbadoğlunun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. 

Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. 

Xəzər
"Cebhe.info"