AVRO-2024: Xorvatiya - Albaniya matçında ikinci hissə start götürüb - YENİLƏNİB- 3

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında ikinci hissə start götürüb.
Albanlar fasilədən sonra 1:0 hesablı ilə öndədirlər.
Yeganə qolu 11-ci dəqiqədə Kyazim Laçi xorvatların qapısından keçirib.
17:46
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında ilk hissə yekunlaşıb.
Albanlar fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.
Yeganə qolu 11-ci dəqiqədə Kyazim Laçi xorvatların qapısından keçirib.
17:12
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab açılıb.
Albanlar 11-ci dəqiqədə hesabda önə çıxıb.
Kyazim Laçi adını tabloya yazdırıb.
17:00
Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlir.
Hamburq şəhərində keçirilən matçı fransalı beynəlxalq dərəcəli baş hakim Fransua Leteksye idarə edir.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.
"Cebhe.info"