Balotelli “Adana Demirspor”dan ayrıldı

Türkiyənin “Adana Demirspor” klubu futbolçusu Mario Balotelli ilə yollarını ayırıb.
“Cebhe.info” xəbər verir ki, dünya ulduzu ayrılığı sosial şəbəkə hesabından açıqlayıb.
O, təyyarə pəncərəsindən Adananın şəklini məyus olma smayliki ilə birlikdə paylaşıb. Məşhur futbolçu arxa fona isə “Yenidən görüşəcəyik” (See you again) mahnısını qoyub.
Qeyd edək ki, Balotelli bu mövsüm “Adana Demirspor”da meydana çıxdığı 16 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.
Elmir Mustafa
“Cebhe.info”