"Bayern" - "Real" matçı azarkeşsiz keçirilə bilər

"Bayern" - "Real" matçı azarkeşsiz keçirilə bilər

Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək "Real" (Madrid, İspaniya) - "Bayern" (Münhen, Almaniya) oyunu azarkeşlərsiz keçirilə bilər.

"Cebhe.info" xəbər verir ki, "Bayern" azarkeşlərinin 1/4 final mərhələsində "Arsenal" ilə keçirilən matçda tribuna qaydalarını kobud şəkildə pozduqları bildirilir. 

Bu səbəbdən Almaniya klubuna verilməsi gözlənilir. Cəza təsdiqini tapdığı təqdirdə Madriddə baş tutan qarşılaşmaya "Bayern" azarkeşləri buraxılmayacaq.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Real" "Bavariya" ilə qarşılaşacaq. Digər yarımfinalda "Borussiya" (Dortmund) PSJ ilə üz-üzə gələcək.

Naibə
"Cebhe.info"