Cüdoçumuz dünya çempionatının finalına yüksəldi

Cüdoçumuz dünya çempionatının finalına yüksəldi

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.

"Cebhe.info" xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya ipponla qalib gəlib.

O, həlledici qarşılaşmada kanadalı Şeydi Əl-Nahasla üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə yeganə medalı Hidayət Heydərov qazandırıb. O, 73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Cebhe.info"