AVRO-2024: Niderland - Avstriya və Fransa - Polşa oyununda ilk hissə başa çatıb - YENİLƏNİB - 2

AVRO-2024: Niderland - Avstriya və Fransa - Polşa oyununda ilk hissə başa çatıb - YENİLƏNİB - 2

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya və Fransa - Polşa oyunlarında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Avstriya yığması fasiləyə öndə yollanıb. Niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

***

20:08

Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Niderland - Avstriya oyununda hesab açılıb.

"Report"un məlumatına görə, niderlandlı Doniell Malen 6-cı dəqiqədə avtoqol müəllifi olub.

Fransa - Polşa matçında isə hesab bərabərdir - 0:0.

***

20:00

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

"Report"un məlumatına görə, D qrupunda Niderland - Avstriya və Fransa - Polşa matçları Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşmaları müvafiq olaraq slovakiyalı İvan Krujlyak və italiyalı Marko Quida idarə edirlər.

Qeyd edək ki, hazırda Niderland və Fransa yığmalarının 4, Avstriyanın isə 3 xalı var. Polşanın xalı yoxdur. AVRO-2024 iyulun 14-də başa çatacaq.

"Cebhe.info"