Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

"WhoScored” statistika saytı Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının rəmzi komandasını tərtib edib.

Apasport.az xəbər verir ki, 4-4-2 taktiki sxeminə uyğun olaraq hazırlanan “11-lik”də turnirin ən yaxşı futbolçularının adları yer alıb.

Qapıçı: Giorgi Mamardaşvili (Gürcüstan)

Müdafiəçilər: Yozua Kimmix (Almaniya), Yaka Biyol (Sloveniya), Pepe, Nunu Mendeş (hər ikisi Portuqaliya)

Yarımmüdafiəçilər: Lamin Yamal, Dani Olmo, Fabian Ruis (hamısı İspaniya), Kodi Qakpo (Niderland)

Hücumçular: Kay Haverts (Almaniya), Killian Mbappe (Fransa).

Qeyd edək ki, “Avro-2024”ün qalibi finalda İngiltərə millisini 2:1 hesabı ilə məğlub edən İspaniya yığması olub.

"Cebhe.info"