"İnter" və "Roma"nın sabiq üzvü futbol və basketbol matçlarına çıxacaq

"İnter" və "Roma"nın sabiq üzvü futbol və basketbol matçlarına çıxacaq

İtaliyada "İnter" və "Roma" klublarında çıxış etmiş Adem Lyaiç karyerasını həm futbolçu, həm də basketbolçu kimi davam etdirəcək.

"Report" xəbər verir ki, Serbiyada "Novi-Pazar" futbol klubunun uğurları üçün çalışan 33 yaşlı vinger, eyni zamanda basketbol komandası ilə də müqavilə imzalayıb.

Adem Lyaiç cari mövsüm "Novi-Pazar"ın heyətində 14 görüşdə 5 qol vurub.

Qeyd edək ki, Serbiya millisinin sabiq üzvü, 2018-ci ildən 2022-ci ilə qədər Türkiyədə "Beşiktaş"ın da formasını geyinib.

"Cebheinfo.az"