Modriç karyerasını “Kral klubu”nda bitirmək istəyir

Modriç karyerasını “Kral klubu”nda bitirmək istəyir

"Real"ın futbolçusu Luka Modriç gələcəyi haqda danışıb. 

Yenisabah.az Telefoot-a istinadla xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi deyib: 

"Real"la yeni müqavilə? Tələsməyə ehtiyac yoxdur. Mövsümün bitməyinə hələ vaxt var. Çoxlu oyunlarla məşğuluq, bütün diqqət meydandadır. Ondan sonra baxacağıq. Arzum karyeramı "Real"da bitirməkdir. Bu, böyük istəyimdir". 

Luka Modriçin "Real"la hazırkı müqaviləsi bu ilin iyun ayına qədərdir. Xorvatiyalı futbolçu bu mövsüm komandasının heyətində 44 matça çıxaraq 4 qol vurub və 7 qolun ötürməsini edib. 

"Cebheinfo.az"