“Neftçi”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxacaq

“Neftçi”nin 3 futbolçusu Azərbaycan Premyer Liqasının XXV “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.
Klubun mətbuat xidmətinin məlumatına görə, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir.
Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə mərhələsini davam etdirirlər.
Qeyd edək ki, martın 3-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.
"Cebhe.info"