"Qalatasaray" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb
Türkiyənin "Qalatasaray" klubu iki zədəli futbolçusu ilə bağlı açıqlama yayıb.
İstanbul təmsilçisinin rəsmi saytı xəbər verir ki, Superliqanın XV turunda səfərdə "Sivasspor"a qalib gəldikləri görüşdə (3:2) xəsarət alan hücumçu Viktor Osimhenin sağ ayağındakı əzələsində gərilmə və qanaxma aşkarlanıb.
Həmin qarşılaşmada zədə alan Barış Alperin sol dizinin yan bağlarında dartılma, orta dərəcəli gərilmə müəyyən edilib. Bundan əlavə, onun ayaq biləyinin daxili yan bağında gərilmə, qanaxma, bilək sümüklərində ödəm (mayenin həddindən artıq yığılması) aşkar olunub.
Hər iki futbolçunun müalicəsinə başlanılıb.
"Cebheinfo.az"