“Qalatasaray”dan tarixi nəticə: Məğlub olmur

“Qalatasaray”dan tarixi nəticə: Məğlub olmur

Türkiyənin “Qalatasaray” klubu daha bir uğura imza atıb.

“Cebhe.info” xəbər verir ki, İstanbul təmsilçisi Super Liqada 14 oyundur ardıcıl olaraq qələbə qazanır.

“Cim-Bom” bununla da özünə aid rekordu yenidən təkrarlayıb. Belə ki, “Qalatasaray” ötən mövsüm də liqanın 12 və 25-ci həftələri arasında oynanılan bütün matçlarda qələbə qazanmışdı.

Qeyd edək ki, “sarı-qırmızılar” son 21 matçda məğlub olmayıblar. “Qalatasaray” həmçinin, cari mövsümdə öz meydanında oynadığı 17 matçın hamısını qazanmağı bacarıb. Üstəlik, İstanbul klubu 34 matçdır azarkeşləri qarşısında məğlub olmur.

Elmir Mustafa
“Cebhe.info