"Sabah" Sloveniyada üçüncü yoxlama matçına çıxacaq

"Sabah" Sloveniyada üçüncü yoxlama matçına çıxacaq

Yeni mövsümün hazırlığını Sloveniyada davam etdirən "Sabah" klubu bu gün növbəti yoxlama matçını keçirəcək.

Bakı təmsilçisi "Krivbas" (Ukrayna) ilə qarşılaşacaq.

"Brejitse" stadionunda gerçəkləşəcək matçın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.

Qeyd edək ki, Bakı klubu daha əvvəl yoxlama görüşündə Sloveniyanın "Koper" komandasına 1:0 hesabı ilə qalib gəlib. "Çukariçki" (Serbiya) kollektivi ilə görüş isə qolsuz yekunlaşıb.

"Cebhe.info"