“Seltik”in fanatı Antalyaya uçan təyyarədə dava salıb - VİDEO

“Seltik”in fanatı Antalyaya uçan təyyarədə dava salıb - VİDEO

Şotlandiyanın Edinburq şəhərindən Türkiyənin Antalya şəhərinə uçan təyyarənin göyərtəsində olan sərxoş sərnişin dava salaraq digər insanlara narahatlıq törədib.

Hadisəni qeydə alan sərnişinlərdən biri videonu sosial şəbəkələrdə paylaşıb.

Hadisə şahidləri bildiriblər ki, uçuş zamanı “Seltik” futbol klubunun köynəyində olan şəxs spirtli içki qəbul edib, ardınca nalayiq hərəkətlər etməyə başlayıb.

Onu təyyarənin təhlükəsizlik işçilərinin əməkdaşları saxlayıblar.

"Cebhe.info"