Şotlandiya millisinin qrup mərhələlərindəki uğursuzluğu

Şotlandiya millisinin qrup mərhələlərindəki uğursuzluğu

AVRO-2024-ün A qrupunda qərarlaşan Şotlandiya millisi indiyədək qatıldığı çempionatların hər birində uğursuzluqla üzləşib.

Şotlandiyalılar 1954-cü ildən bu yana indiyədək qatıldıqları turnirlərin heç birində qrup mərhələsindən çıxa bilməyiblər.

Şotlandiya millisi ötən gecə keçirilən görüşdə Macarıstan seçməsi ilə görüşdə qələbə qazansa, ya da heç-heçə etsəydi, tarixində ilk dəfə qrup mərhələsini adlaya bilərdi. Amma, Macarıstan seçməsi vurduğu qol sayəsində növbəti mərhələyə qrupun ən yaxşısı kimi adlamağı bacarıb.

Qeyd edək ki, Şotlandiya Macarıstan seçməsinə 0:1 hesabı ilə məğlub olaraq 1 xalla qrupun sonuncusu olduğu üçün turnirlə vidalaşıb.

“Cebhe.info”