UEFA Türkiyə Super Liqasını tanımayacaq? – OLAY AÇIQLAMA

UEFA Türkiyə Super Liqasını tanımayacaq? – OLAY AÇIQLAMA

Türkiyənin “Fatih Karagümrük” klubunun prezidenti Süleyman Hurma gündəmi alt-üst edən açıqlama verib.

“Cebhe.info” xəbər verir ki, o, “Habertürk” telekanalının “Geçiş oyunu” proqramında olay olacaq fikirlər səsləndirib.

Süleyman Hurma qeyd edib ki, 20 komanda da Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyinin dəyişməsini tələb edir. O, TFF rəhbərliyini dəfələrlə istefaya çağırmalarına baxmayaraq, tələblərinin yerinə gətirilmədiyini deyib.

Hətta klub prezidentinin sözlərinə görə, UEFA və FIFA Türkiyə Super Liqasını tanımaya bilər:

“Hazırda FIFA və UEFA Türkiyə Super Liqasını yaxından incələyir. Bunu dəqiq şəkildə bildirirəm ki, mövcud vəziyyət davam edərsə, Super Liqa UEFA və FIFA tərəfindən tanınmaya bilər. Bu təhlükə ilə qarşı-qarşıyayıq. Artıq bu barədə bir neçə açıqlama da verilib. Ona görə də bədəl ödəməmək üçün bir an əvvəl lazımi addımları atmalıyıq”.

Elmir Mustafa
“Cebhe.info”