Stolüstü tennis üzrə ölkə çempionatına start verilib - FOTOLAR

Stolüstü tennis üzrə ölkə çempionatına start verilib - FOTOLAR

Bu gün veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib.

"Report"un məlumatına görə, “Şüa” idman kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərir.

Budəfəki turnirdə kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. İdmançılar həm, şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər.

Çempionatın final görüşləri sabah keçiriləcək. Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.

"Cebhe.info"