Ödənişli xidmətlərdən büdcə daxilolmaları 6 % artıb
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 118,8 milyon manatı və yaxud 1,3 %-i büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların payına düşüb.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 % çox, proqnoza nisbətən isə 23,2 % çoxdur.
Yanvar-mart aylarında büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 2,5 %-ni ödənişli xidmətlərindən daxilolmalar təmin edib.
"Cebhe.info"