Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlandı

Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlandı

Cari ilin dövlət büdcəsində Azərbaycan Prezidentinin ehtiyat fondu üçün 300,0 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110,0 milyon manat vəsait, cəmi 410,0 milyon manat vəsait nəzərdə tutulub.

Bu ilin yanvar-mart aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 41,7 milyon manat (22,2 milyon manatı Azərbaycan Prezidentinin ehtiyat fondundan, 19,5 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb.

"Cebhe.info" Maliyyə Nazirliyinin 2024-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatına istinadən xəbər verir ki, həmin ayrılmış vəsaitin 14,5 milyon manatının maliyyələşməsi həyata keçirilib.

Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait ölkə ərazisində dini qurumlara maliyyə yardımının, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün istifadə olunub.

Dövlət büdcəsinin ehtiyat fondundan 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya sərgisində Azərbaycanın təmsil olunması ilə bağlı milli pavilyonun qurulması üçün tikinti işlərinin başlanılmasına, 0,9 milyon manatı isə digər tədbirlərin icrasına yönəldilib.

"Cebhe.info"