Tərtərdə 18 yaşlı oğlan güllələndi - Şübhəli şəxs dayısıdır

Tərtərdə 18 yaşlı oğlan güllələndi - Şübhəli şəxs dayısıdır

İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb.

Araşdırma aparılır.

"Cebhe.info"